Fransada Quranı yandıran şəxs hakim qarşısına çıxacaq Dünya

Fransada Quranı yandıran şəxs hakim qarşısına çıxacaq

İyunun 2-də Fransanın Rhone vilayətinə bağlı Vıyerban şəhərindəki Errahma məscidində müsəlmanlara qarşı etiraz aksiyası keçirdikdən sonra saxlanılan 27 yaşlı gənc Qurani-Kərimi yandırdığını etiraf edib.

Xalqcebhesi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, sözügedən şəxs irqi, etnik mənsubiyyəti, milli və ya dini motivlərə görə əmlaka zərər vurmaq və oğurluq etməkdə mühakimə olunacaq. Lion şəhərinin Baş prokuroru Thierry Dran iyulun 30-da hakim qarşısına çıxacaq şəxsin həmin tarixə qədər həbs olunmasını istəyib.

İllərdir ruhi xəstəlikdən müalicə alan şəxs məhkəməyə qədər psixiatrik müayinədən keçəcək.

Qeyd edək ki, iyunun 2-də Vıyerbanda Errahma məscidində baş verən hadisədə səhər namazına 20 dəqiqə qalmış məscidə daxil olan bir şəxs Quranı yandırıb. Yandırdığı Quranın qalıqlarını məscidin qapısına qoyan şəxs hadisə yerindən qaçıb. Sözügedən şəxs iyunun 3-də Vıyerbanda tutularaq saxlanılıb.