Zelenski Rusiyanın Odessanı tutaraq Moldova və Rumıniya çatmaq istədiyini deyib Dünya

Zelenski Rusiyanın Odessanı tutaraq Moldova və Rumıniya çatmaq istədiyini deyib

Rusiya Odessanı nəzarətə götürərək Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Odessanın Rusiyanın hədəfində olduğunu vurğulayan Zelenski sözlərinə belə davam edib:

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Rusiya hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - o bildirib.