Hindistanda qəzaya uğrayan təyyarədə 53 britaniyalı olub Dünya

Hindistanda qəzaya uğrayan təyyarədə 53 britaniyalı olub

“Air India” aviaşirkəti Hindistanın qərbində qəzaya uğrayan sərnişin təyyarəsində ümumilikdə 242 nəfərin olduğunu, onlardan 53-nün Birləşmiş Krallıq vətəndaşı olduğunu təsdiqləyib.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, aviaşirkətin yaydığı açıqlamada AI171 reysi ilə Əhmədabaddan Londondakı Getvik hava limanına uçan “Boeing 787-8 Dreamliner” təyyarəsinin bu gün yerli vaxtla saat 13:38-də havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı bildirilib.

Təyyarədə 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olmaqla ümumilikdə 242 sərnişin və heyət üzvü, o cümlədən 2 pilot və 10 bələdçi olub. Qəza nəticəsində azı 40 nəfərin həyatını itirdiyi bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. “Air India” bildirib ki, insidentin araşdırılmasında müvafiq orqanlarla tam əməkdaşlıq edir. Həmçinin sərnişinlərin yaxınlarına məlumat verilməsi üçün xüsusi qaynar xətt yaradılıb.