Rusiyadan açıqlama: İran rejiminin devrilməsi... Dünya

Rusiyadan açıqlama: İran rejiminin devrilməsi...

İranda hakimiyyətin devrilməsi barədə danışmaq belə qəbuledilməzdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Əgər biz Vladimir Putinin xəbər agentliklərinin rəhbərləri ilə görüşünü xatırlasaq, orada da ona bu mövzuda sual verilmişdi. Putin isə ümumiyyətlə belə mövzuda danışmaq istəmədiyini söylədi. Bu o deməkdir ki, əlbəttə qəbuledilməzdir. Sualın özü elə qəbuledilməzdir”, - deyə Peskov əlavə edib.