Konqo Prezidenti Azərbaycan dövlət başçısına məktub ünvanlayıb Siyasət

Konqo Prezidenti Azərbaycan dövlət başçısına məktub ünvanlayıb

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Konqo Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə daha çox səy göstərməyə tam hazır olduğumu və bu işə sadiqliyimi bir daha bildirirəm.

Zati-alinizlə aramızda mövcud olan nümunəvi şəxsi dostluq münasibətlərinə əsaslanaraq, cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".