
Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”
17 Avqust 20:20
17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Kremlin məqsədinin Ukraynanın şərq cəbhəsini çökdürmək olduğu, əsas hədəfin isə “NATO-ya hücum” olduğu bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Pentaqondan sızan məlumatlara görə, Rusiya yay aylarında 700 minlik ordu və Çinin texnoloji dəstəyi ilə Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır.
Rusiya son günlərdə Ukraynaya qarşı ən böyük hava hücumunu həyata keçirərək 477 pilotsuz uçuş aparatı (PUA) və 60 raket atıb. Pentaqona görə, bu şiddətli hücumlar böyük quru əməliyyatına zəmin yaratmaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Trampın partiyası Respublikaçıların yaxın durduğu “The National Interest” nəşrinin yaydığı məlumata əsasən, Rusiyanın yayda planlaşdırdığı hücumun ilk mərhələsi PUA və dron zərbələri olacaq. Ardınca Çin texnologiyası ilə təchiz olunmuş mexanikləşdirilmiş və motorlaşdırılmış rus birlikləri tərəfindən Kiyevi zəiflətmək məqsədilə azı 3 böyük hücum həyata keçiriləcək.
Məlumatlara görə, Vladimir Putin Qərb ölkələrinin tərəddüd içində olduğunu görür və bu fürsətdən istifadə edərək yay sonuna qədər davam edəcək hücum strategiyası ilə müharibədə üstünlük qazanmağa çalışır. Ən ciddi narahatlıq isə Rusiyanın birbaşa NATO-ya hücum etmə ehtimalıdır.
Məryəm Quliyeva