Çinli həkimlər 5 min km uzaqdan əməliyyat etdilər Dünya

Çinli həkimlər 5 min km uzaqdan əməliyyat etdilər

Çinli cərrahlar peyk texnologiyasından istifadə edərək 5 min kilometr uzaqlıqdan robotik əməliyyat həyata keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, Pekinli cərrah Prof. Dr. Ronq Liu-nun rəhbərlik etdiyi tibb komandası, ölkənin cənub-qərbində yerləşən Lhasadan, 5 min kilometr uzaqlıqda yerləşən Pekindəki iki xəstəyə robot texnologiyası və peyk vasitəsilə cərrahi müdaxilə edib.

Ənənəvi 5G dəstəklənən cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda "Apstar-6D" peyki vasitəsilə gecikmələr minimuma endirilib.

Tibbi komanda qaraciyər xərçəngi və hemanjiomu olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə edib. Yeni nəsil bağlantı sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin olunub və yüksək dəqiqliklə müdaxilə aparılıb.

Verilən açıqlamaya görə, əməliyyatlardan sonra ciddi bir fəsad qeydə alınmayıb və xəstələr 24 saat ərzində evə buraxılıblar.

Məryəm Quliyeva