
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamaya görə, Salonikidən təxminən 110 kilometr uzaqlıqdakı Halkidiki bölgəsində baş verən yanğın şam meşələrinə keçib. Mülki Müdafiə Baş Katibliyi mobil telefonlara Nikiti bölgəsinin boşaldılması ilə bağlı təcili xəbərdarlıq mesajı göndərib. Bölgədəki düşərgə boşaldılıb və bölgəyə gedən yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Kritin Laşit bölgəsində baş verən meşə yanğını ilə əlaqədar bəzi kəndlərin boşaldılmasına da qərar verilib. Hər iki yanğına havadan və qurudan dayanmadan müdaxilə edilir.
Paytaxt Afinanın daxil olduğu Attiki bölgəsindəki Maratona və Qərbi Trakyada Gümülcine yaxınlığındakı meşəlik ərazilərdə baş verən yanğınlar yanğınsöndürənlərin səyi nəticəsində nəzarət altına alınıb.
Ölkənin bir çox bölgələrində havaların həddindən artıq isti keçməsi və güclü küləklə əlaqədar yanğın riskinin çox yüksək olduğu bildirilib. Səlahiyyətlilər vətəndaşlara meşə ərazilərində ocaq yandırmamaq, diqqətli olmaq və şübhəli hallar barədə dərhal məlumat vermələri ilə bağlı xəbərdarlıq edib.