

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (İHA), Livanın cənubundakı Şebaa qəsəbəsində yerləşən bir evə hava hücumu həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, hücum nəticəsində evdə olan bir nəfər ağır yaralanıb və Livan Qızıl Xaçı tərəfindən xəstəxanaya aparılıb.
27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna hava və quru hücumları demək olar ki, hər gün davam edir. Bu müddət ərzində İsrail təxminən 3 min dəfə atəşkəsi pozub, azı 213 nəfər həyatını itirib, 508 nəfər isə yaralanıb.
İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son döyüşlər zamanı ələ keçirdiyi 5 strateji təpəni işğalda saxlamaqda davam edir.
Məryəm Quliyeva