Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır Dünya

Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.

"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.

"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib.