Yunanıstanda istiyə görə açıq havada işləmək qadağan edildi Dünya

Yunanıstanda istiyə görə açıq havada işləmək qadağan edildi

Yunanıstanda bu gün yüksək temperatur səbəbindən 12:00–17:00 saatları arasında açıq sahələrdə fiziki işlərin görülməsi qadağan olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu qərar, Yunanıstan Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən ölkədə artan hava istiliklərinə qarşı tədbir olaraq verilib.

Orta Makedoniya, İyon adaları, Qərbi Yunanıstan, Tesaliya, Messiniya bölgələri, həmçinin Sisam və Rodos adalarında bu saatlarda daşımaçılıq, kuryelik, tikinti və gəmiqayırma kimi sahələrdə işlər dayandırılıb.

Səhər saatlarında keçirilən fövqəladə iclasda, Səhiyyə Nazirliyi, Polis, Sahil Mühafizəsi, Meşə İdarəsi və Turizm Nazirliyi əməkdaşlıqla tədbirlər görməyə çağırılıb. Silahlı Qüvvələr də təhlükələrin qarşısını almaq üçün patrullara başlayacaq.

Vətəndaşlara xəbərdarlıq edilib: kölgədə qalmaq, ağır fiziki işlərdən, günəş altında qalmaqdan və alkoqoldan uzaq durmaq, açıq rəngli, pambıq geyim geyinmək və bol su içmək tövsiyə olunur.

Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, bu həftə ərzində bəzi bölgələrdə havanın temperaturu 40°C-dən yuxarı qalxacaq.

Məryəm Quliyeva