

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.
APA NTV-yə istinadən xəbər verir ki, görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsi məsələsidir.
Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.
DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.
PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.