İsrailin bir qrup ictimai xadimi dünyanı İsrailə qarşı sərt sanksiyaların tətbiqinə çağırır Dünya

İsrailin bir qrup ictimai xadimi dünyanı İsrailə qarşı sərt sanksiyaların tətbiqinə çağırır

Alimlər, incəsənət xadimləri və ictimai ziyalılar da daxil olmaqla bir qrup İsrail ictimai xadimi Qəzzada aclıqdan dəhşətin artması fonunda beynəlxalq ictimaiyyəti İsrailə qarşı “dağıdıcı sanksiyalar” tətbiq etməyə çağırıb.

Məktubu imzalayan 31 İctimai xadim arasında Oskar mükafatı laureatı Yuval Abraham, İsrailin keçmiş baş prokuroru Maykl Ben-Yair, İsrail parlamentinin keçmiş spikeri və Yəhudi Agentliyinin keçmiş rəhbəri Avraham Burq və İsrailin ən yüksək mədəni mükafatı olan nüfuzlu İsrail Mükafatının bir sıra qalibləri var.

Məktubda şeir, elm, jurnalistika və akademiya dünyasının simaları imzalanıb və orada Netanyahu başda olmaqla İsrail hökuməti “Qəzza xalqını aclıqdan öldürməkdə və milyonlarla fələstinlinin Zolaqdan məcburi köçkünlüyünə imza atmaqda” ittiham olunur.

"Beynəlxalq ictimaiyyət bu qəddar kampaniyanı dayandırana və daimi atəşkəs bərqərar edənə qədər İsrailə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməlidir”, - mesaj müəllifləri yekunlaşdırıblar.

Məktub Qəzzanın Səhiyyə Nazirliyinin İsrail və Qəzza arasında 21 aydır davam edən müharibədə 60 mindən çox fələstinlinin öldürüldüyü elan edən məlumatından sonra dərc edilib. Bazar ertəsi iki tanınmış İsrail hüquq qrupu, B'Tselem və İsraildə İnsan Haqları Uğrunda Həkimlər ilk dəfə olaraq İsrailin Qəzzada fələstinlilərə qarşı "soyqırım" siyasəti yürütdüyünü qiymətləndirən hesabatlar dərc edərək, ictimai təşkilatların hökuməti tənqid etməyi qadağan edən daha bir tabunu qırıb.

Cavid