

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.
"Report"un xəbərinə görə, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.
Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.
Faktla bağlı təhqiqata başlanılıb.
F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.