

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İtaliyanın Milan-Berqamo beynəlxalq hava limanı bağlanıb, bütün reyslər təxirə salınıb.
APA “Corriere Della Sera” nəşrinə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında baş verən bədbəxt hadisə səbəb olub.
Hava limanının ərazisinə hərəkət edən təyyarənin qarşısına çıxan naməlum şəxs hava gəmisinin mühərrikinə sorulub.
İddialara görə, 35 yaşlı kişi baqaj qəbulu sahəsindəki qapılardan birini sındırıb, sonra uçuş-enmə zolağına çıxıb və təyyarə qalxmağa hazırlaşarkən onun yoluna keçib, bu vaxt mühərrik onu sorub. Həmin şəxsin niyə belə etməsi və şəxsiyyəti məlum deyil.
Bu hadisədən sonra təyyarə idarəetməni itirsə də, pilot vaxtında təyyarəni saxlamağı bacarıb. Təyyarə uçuşa qalxa bilməyib.