

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Avropa İttifaqı Bolqarıstanın pul vahidinin 2026-cı ildən avroya keçməsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Aİ-nin rəsmi səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Aİ Bolqarıstanın pul vahidinin avroya keçməsi ilə bağlı müraciətini böyük səs çoxluğu ilə qəbul edib. Bu qərarla Bolqarıstan 2026-cı ildən etibarən avrodan istifadə edən Aİ-nin 21-ci üzv ölkəsi olmağa bir addım da yaxınlaşıb.
Çərşənbə axşamı keçirilən səsvermədə 531 deputat lehinə, 69-u əleyhinə, 79-u isə bitərəf səs verib. Bu, ölkənin avroya keçid üçün lazım olan bütün tələbləri yerinə yetirdiyini təsdiqləyən hesabatın qəbulunu rəsmiləşdirib.
Qeyd edək ki, səsvermə Bolqarıstanda son həftələrdə avroya keçidə qarşı təşkil olunan kütləvi etiraz aksiyalarının fonunda baş tutub.