

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Qırmızı dənizdə Yəməndəki husilər tərəfindən Yunanıstan tərəfindən idarə olunan "Eternity C" adlı quru yük gəmisinə edilən hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, Liberiya bayrağı altında üzən və heyətində 21 filippinli, 1 rus olmaqla ümumilikdə 22 nəfərin olduğu gəmi dünən hücuma məruz qalıb.
Avropa İttifaqının Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən “Aspides” missiyasının rəsmisi bildirib ki, hücum zamanı azı iki ekipaj üzvü də yaralanıb.
Dəniz təhlükəsizliyi mənbələrinin verdiyi məlumata görə, hücum dəniz dronları və insanlı sürətli qayıqlardan atılan reaktiv qumbaraatıcılarla (RPG) həyata keçirilib. Hücumdan sonra gəminin hazırda yan vəziyyətdə dənizdə sürükləndiyi bildirilir.
“Eternity C”yə edilən bu hücumla birlikdə, 2024-cü ilin iyun ayından bu günə qədər Qırmızı dənizdə gəmilərə qarşı həyata keçirilən hücumlar nəticəsində həyatını itirən dənizçilərin ümumi sayı 8-ə çatıb.
Məryəm Quliyeva