Kanadada təlim təyyarələri toqquşub: 2 tələbə həlak olub Dünya

Kanadada təlim təyyarələri toqquşub: 2 tələbə həlak olub

Kanadanın Manitoba əyalətində bir mühərrikli iki kiçik təyyarə havada toqquşub. Faciə nəticəsində 2 pilot tələbə həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, Kanada Krallıq Atlı Polisi (RCMP) sözçüsü Melanie Roussel Manitoba əyalətinin cənubundakı Hanover bölgəsində baş verən qəzaya dair açıqlama verib. Yerli vaxtla saat 09:00 radələrində bir mühərrikli iki kiçik təyyarənin havada toqquşduğunu və 2 pilot tələbənin həyatını itirdiyini bildirən Roussel, təyyarələrdə başqa sərnişin olmadığını qeyd edib.

Pilot hazırlığı verən məktəbin rəhbəri Adam Penner hadisənin təlim uçuşu zamanı baş verdiyini açıqlayıb.

Qəza ilə bağlı araşdırma başladılıb.

Məryəm Quliyeva