

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Braziliya Prezidenti Luiz Inasio Lula da Silva, ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxal olunan məhsullara 50% gömrük rüsumu tətbiq etmək qərarına qarşılıq verəcəklərini açıqlayıb.
xəbər verir ki, Lula da Silva sosial media platforması "X" üzərindən etdiyi paylaşımda, ABŞ-ın gömrük tariflərini birtərəfli şəkildə artırmağa yönəlik addımlarına, Braziliyanın İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində cavab veriləcəyini bəyan edib.
Braziliyanın suveren bir ölkə olduğunu və heç bir ölkənin maraqlarına alət olmayacaq müstəqil qurumlara sahib olduğunu vurğulayan Lula, son 15 ildə ABŞ-ın Braziliya ilə ticarətdə təxminən 410 milyard dollarlıq ticarət profisiti (yəni artıqlığı) əldə etdiyini xatırladıb.
Lula da Silva həmçinin bildirib ki, istər yerli, istərsə də xarici şirkətlər Braziliyada fəaliyyət göstərmək istəyirlərsə, ölkənin qanunlarına əməl etməlidirlər:
“Bu səbəbdən, birtərəfli tarif artımları Braziliya İqtisadi Qarşılıqlılıq Qanununa uyğun şəkildə qiymətləndiriləcək. Suverenlik, hörmət və Braziliya xalqının maraqlarının sarsılmaz müdafiəsi bizim dünya ilə münasibətlərimizə yön verən əsas dəyərlərimizdir,” – deyə o qeyd edib.
Tramp Braziliya məhsullarına yeni vergi tarifləri elan etdi
Donald Tramp Braziliya məhsullarına bütün sektor tariflərindən ayrı olaraq 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı.
O, yeni tarifin 1 avqustdan qüvvəyə minəcəyini bildirib və əlavə edib ki, bu vergidən yayınmaq üçün dolayı yollarla ABŞ-a daxil edilməyə çalışılan məhsullar isə daha yüksək tariflərə məruz qalacaq.
Məryəm Quliyeva