

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 36 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə hava hücumundan müdafiə növbətçi qüvvələri tərəfindən 36 Ukrayna pilotsuz təyyarəsi məhv edilib və ələ keçirilib: 26-sı Belqorod vilayəti, 4-ü Voronej vilayəti, 3-ü Lipetsk vilayəti və 3-ü Nijni Novqorod vilayəti üzərində", – deyə nazirlik bildirib.
Məryəm Quliyeva