Rusiya Donetskdə 2 yaşayış məntəqəsini nəzarətə götürüb Dünya

Rusiya Donetskdə 2 yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı əməliyyatlarla bağlı son məlumatlar paylaşılıb.

Bəyanatda qeyd edilir ki, Rusiya qüvvələri Ukrayna cəbhəsində mövqelərini möhkəmləndirib. Bildirilib ki, "Mərkəz və Şərq hərbi qruplarına tabe olan birliklər Donetsk Xalq Respublikasının Nikolayevka və Karl Marks yaşayış məntəqələrini azad edib."

Açıqlamada, həmçinin son 24 saat ərzində Ukraynaya məxsus 215 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi, onlardan 36-sının Rusiya bölgələri üzərində vurulduğu bildirilib.

Məryəm Quliyeva