

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından paylaşım edərək son iki həftədə 20 vilayətdə FETÖ-yə qarşı əməliyyatların keçirildiyini bildirib.
Əməliyyatlarda tutulan 50 nəfərdən 33-nün həbs olunduğu, 5-nə məhkəmə nəzarəti qərarı verildiyi, digərləri ilə bağlı isə əməliyyatların davam etdiyi barədə məlumatı paylaşan Yerlikaya qeyd edib: “2025-ci ildə FETÖ əməliyyatlarımızda 910 nəfər həbs olundu. Onlardan 1006-sına məhkəmə nəzarəti qərarı verilib. Aksaray, Amasya, Ankara, Aydın, Balıkəsir, Batman, Bursa, Ədirnə, Elazığ, Qaziantep, Hatay, İzmir, Karaman, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Şanlıurfa və Yozqatda təşkil edilən əməliyyatlarda tutulan şübhəlilər FETÖ daxilində mövcud terror təşkilatları ilə əlaqə qurmaq, təşkilat daxilində məsul şəxslərlə taksofon vasitəsilə əlaqə saxlamaq, terror təşkilatına bağlı sözdə yardım təşkilatlarına maliyyə təmin etmək və sosial media hesabları vasitəsilə FETÖ terror təşkilatının təbliğatını aparmaq cinayətindən axtarışda idi”.
Nazir "Millətimizin birlik və bərabərliyinə, dövlətimizin bütövlüyünə, vətəndaşlarımızın sülh və rifahına təhlükə yaradanlara qarşı mübarizəmizi fasiləsiz davam etdiririk" deyə vurğulayıb.