

Aİ Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma istiqamətində atdığı addımları dəstəkləyir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta özünün “X” hesabında Ermənistanın Baş naziri Nikol paşinyanla görüşünü şərh edərkən yazıb.
“Avropa İttifaqı Ermənistanın ambisiyalı islahatlarını dəstəkləyir. Biz Ermənistanın Cənubi Qafqazda stabilliyin bərqərar edilməsi üçün göstərdiyi səyləri alqışlayır. Yaxın vaxtlarda əldə olunmuş Aİ-Ermənistan Əməkdaşlıq Gündəliyi əlaqələrimizdə yeni bir fəsildir. Hansı ki, regional və iqtisadi münasibətləri möhkəmləndirir. Biz 2026-cı ildə Ermənistanın Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - Koşta paylaşımında qeyd edib.