

14 İyul 13:04
ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.
Bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir və Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə qüvvəyə minməsi planlaşdırılır.
ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.