

Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsi tərəfindən FETÖ-nün hazırkı maliyyə strukturunu hədəf alan 9 vilayətdə keçirilən əməliyyatlarda 26 nəfər saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
FETÖ-nün maliyyə qaynaqları ilə bağlı mərkəzi İzmir olan 60 vilayətdə aparılan istintaqda isə 371 şübhəli haqqında həbs qərarı çıxarılıb.