

Addım-addım inşa etdiyimiz “Terrorsuz Türkiyə” daxili və xarici siyasətdə yeni mərhələnin qapılarını açacaq, Türkiyə yeni dünyada haqqı olan yeri alacaq.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 iyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən mərasimdə çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, parlamentin “Terrorsuz Türkiyə” ilə bağlı atılacaq addımlara dəstək verəcəyinə inanır.