15 İyul 2025 18:23
2 324
Ermənistan Fransaya hərbi attaşe təyin edib.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.
Sərəncama əsasən bu vəzifəyə Artur Aznavuryan təyin edilib.
A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il fəaliyyət göstərəcək.
Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub.