İran parlamenti: Hazırkı şəraitdə ABŞ ilə danışıqlar aparmaq olmaz Dünya

İran parlamenti: Hazırkı şəraitdə ABŞ ilə danışıqlar aparmaq olmaz

“Ön şərtlərimiz həyata keçməyənə qədər, Amerika ilə danışıqlara başlamamalıyıq”

İran parlamenti öz bəyanatında bu fikri səsləndirib.
Qeyd edilib ki, ABŞ dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyinə görə, hazırkı şəraitdə danışıqlar aparmaq olmaz.

“Biz danışıqlar üçün ön şərtlər qoymalıyıq və bu şərtlər ödənilməyənə qədər Amerika ilə heç bir dialoqa getməməliyik”- İran parlamentinin bəyanatında qeyd olunub.