

16 İyul 23:25
ABŞ administrasiyası İsrail və Suriya arasında mövcud gərginliyin yaxın bir neçə saat ərzində sona çatacağını gözləyir.
APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Biz səhərdən və gecə boyu hər iki tərəflə təmasda olmuşuq. İndi hesab edirik ki, eskalasiyanın həqiqi şəkildə azalmasına doğru gedirik”, – Rubio vurğulayıb.