İsrail Suriyanın Katana şəhərinə aviazərbə endirib Dünya

İsrail Suriyanın Katana şəhərinə aviazərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdən təxminən 20 kilometr cənub-qərbdə yerləşən Katana şəhərinə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, zərbənin nəticələri ilə bağlı hələlik heç bir informasiya açıqlanmayıb.

Qeyd edək ki, bir neçə saat öncə İsrail Dəməşqə bir neçə raket zərbəsi endirib.