

Moskva Dnestryanı ətrafında xoşagəlməz ssenariyə cavab verməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Moskva Dnestryanı ətrafında vəziyyətin inkişafını diqqətlə izləyir.
“Rusiya istənilən, o cümlədən ən xoşagəlməz ssenariyə müvafiq cavab verməyə hazırdır”, - Zaxarova Dnestryanıda vəziyyətin pisləşəcəyi təqdirdə, Rusiyanın planı ilə bağlı sualı cavablandırarkən deyib.