Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib Dünya

Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib

Sloveniya hökuməti İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edərək onların ölkəyə girişini qadağan edib.

APA xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçə şamil olunur.

Onlar Qəzza zolağında soyqırıma çağırışda ittiham edilirlər.