İsrail və HAMAS-a atəşkəslə bağlı yenilənmiş təklif təqdim olunub Dünya

İsrail və HAMAS-a atəşkəslə bağlı yenilənmiş təklif təqdim olunub

Vasitəçilər qismində çıxış edən Qətər, Misir və ABŞ İsrail və HAMAS hərəkatına Qəzza zolağında atəşkəs və girovların azad olunması ilə bağlı yenilənmiş razılaşma təklifi təqdim ediblər.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail tərəfindən irəli sürülən bir sıra güzəştlər yeni təklifdə əksini tapıb və bu, tezliklə razılaşmanın əldə olunmasına şərait yarada bilər.

Həmçinin qeyd olunur ki, son 10 gün ərzində Doha danışıqları zamanı tərəflər arasında bəzi fikir ayrılıqları aradan qaldırılıb.