Türkiyə və 10 ərəb ölkəsinin xarici işlər nazirliklərindən Suriya ilə bağlı birgə bəyanat Dünya

Türkiyə və 10 ərəb ölkəsinin xarici işlər nazirliklərindən Suriya ilə bağlı birgə bəyanat

Türkiyə, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı Krallığı, İraq Respublikası, Oman Sultanlığı, Qətər, Küveyt, Livan Respublikası və Misir Ərəb Respublikasının xarici işlər nazirlərinin iştirak etdiyi iki günlük danışıqlarda Suriyada sabitlik və təhlükəsizlik əsasında yenidənqurma prosesində birgə səylər müzakirə olunub.

Xalqcəbhəsi.az “A haber”ə istinadən bildirir ki, yayımlanan birgə bəyanatda Sveyda əyalətində böhrana son qoymaq üçün əldə edilən razılaşma alqışlanıb. Onlar beynəlxalq ictimaiyyəti Suriya hökumətini yenidənqurma prosesində dəstəkləməyə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İsrailin bütün işğal olunmuş Suriya ərazilərindən tamamilə çıxarılmasını təmin etməyə və İsrailin Suriyaya qarşı bütün təcavüzkar hərəkətlərinə və onun daxili işlərinə müdaxiləsinə son qoymağa çağırıblar.

Bəyanatda həmçinin Suriyanın təhlükəsizliyi, birliyi və sabitliyinə dəstək və ölkənin daxili işlərinə hər cür xarici müdaxilənin rədd edilməsi vurğulanıb və İsrailin Suriyaya təkrarlanan hücumları pislənilib.