

17 İyul 16:23
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 153 şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib. O, əməliyyatların 28 vilayətdə keçirildiyini açıqlayıb.
Qeyd olunub ki, son iki həftə ərzində 28 vilayətdə polis tərəfindən İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 153 nəfəri ələ keçirilib. Əməliyyatlar zamanı ələ keçirilən şübhəlilərin terror təşkilatı üzvü olduğu, onların terror təşkilatı ilə bağlı qondarma yardım təşkilatlarına maliyyə yardımı etdikləri, terror təşkilatı ilə bağlı təbliğat apardıqları müəyyən edilib.