

"WhatsApp" Rusiya bazarını tərk etməyə hazırlaşmalıdır.
Bunu Rusiya parlamentinin informasiya texnologiyaları komitəsini sədrinin müavini Anton Qorelkin deyib.
O bildirib ki, Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb.
Meta hələlik məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, şirkətin "Facebook" və "Instagram" sosial media platformaları 2022-ci ildən bəri Rusiyada qadağan olunub.