Ədoğan: Bölgəmizin üzərinə sülh günəşinin doğmasına kimsə mane ola bilməyəcək Dünya

Ədoğan: Bölgəmizin üzərinə sülh günəşinin doğmasına kimsə mane ola bilməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Qərargah Zabitlərinin Məzuniyyət Mərasimində çıxış edib.

Ərdoğan, "Şəhidlərimizin, qazilərimizin bizə əmanət etdiyi bu torpaqları gələcəyə daha da güclü şəkildə daşımaq, böyük və qüdrətli bir Türkiyə qurmaq bizim ən əsas borcumuzdur. Biz terrorsuz Türkiyə, terrorsuz bölgə hədəflərimizə doğru qətiyyətlə, ümidlə və diqqətlə irəliləyirik. Bu günün savaş konseptini biz müəyyənləşdiririk. Biz daxili cəbhəmizi möhkəmləndirir, birliyimizi, həmrəyliyimizi, xalqımızı gücləndirmək üçün tarixi addımlar atırıq. Bizə ömür biçənlərin çoxu tarix oldu, bir çoxları unuduldu, amma türk milləti olaraq Allaha şükürlər olsun ki, biz dimdik durub, tarix yazmağa davam edirik. Bölgəmizin üzərinə sülh günəşinin doğmasına kimsə mane ola bilməyəcək. Bölgəmizin hər bir küncündə hüzurun hakim olmasına heç kim mane ola bilməyəcək. Biz geniş bölgəmizdə zülm və qarşıdurma deyil, sabitlik, ədalət, azadlıq və əməkdaşlığa əsaslanan tamamilə yeni bir səhifə açacağıq" deyə vurğulayıb.