İstanbulda İŞİD əməliyyatı: 1 nəfər həbs edilib Dünya

İstanbulda İŞİD əməliyyatı: 1 nəfər həbs edilib

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları İŞİD silahlı terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəsi olan və təşkilatın təbliğatını aparan T.A.-nın tutulması üçün əməliyyata başlayıb.

Şübhəlinin ünvanını müəyyən etdikdən sonra qruplar bir müddət əvvəl Beylikdüzündəki ünvanda əməliyyat keçirib və T.A-nı gözaltına alıb.

Polis bölməsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.