İsrailin Qəzzaya son hücumlarında 16 fələstinli həlak olub Dünya

İsrailin Qəzzaya son hücumlarında 16 fələstinli həlak olub

Xəstəxana mənbələrindən verilən məlumata görə, İsrail ordusu səhərin erkən saatlarında hücumlarda Xan Yunus bölgəsində məcburi köçkünlərin sığındığı çadırları və bir evi hədəf alıb.

Xalqcəbhəsi.az “TRT Haber” istinadən bildirir ki, çox sayda mülki vətəndaşın yaşadığı evə edilən hücumda ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Bəzi insanların evin dağıntıları altında qaldığı bildirilib.

İsrailin PUA ilə Xan Yunus bölgəsinin qərbindəki çadırları hədəf alması nəticəsində bir qadın və uşağı ölüb, ən azı 9 nəfər yaralanıb.

İsrailin Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsində məcburi köçkünlərin sığındığı çadırlara hücumu nəticəsində də 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzza zolağının şimalındakı Cibaliya rayonunda İsrailin bir evi bombalaması nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bildirək ki, İsrail ordusunun Qəzza zolağının bir çox bölgəsinə havadan və qurudan hücumları davam edir.