Tramp Aİ məhsullarına rüsumları 15%-dən aşağı salmaq niyyətində deyil Dünya

Tramp Aİ məhsullarına rüsumları 15%-dən aşağı salmaq niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan məhsullara tətbiq ediləcək gömrük rüsumlarının 15-20%-dən aşağı olmamasında israrlıdır.

APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Vaşinqton administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Qəzet yazır ki, son həftələr ərzində Vaşinqton və Brüssel Aİ məhsullarının əksəriyyətinə tətbiq edilən ABŞ tariflərinin 10%-ə endirilməsi istiqamətində danışıqlar aparıblar.

Lakin Avropa İttifaqı 15%-lik tarifləri nəzərdə tutan razılaşmaya hazır deyil.