Rusiyanın xalq artisti axtarışa verilib Dünya

Rusiyanın xalq artisti axtarışa verilib

Rusiyanın xalq artisti Oleq Qazmanov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib.

TASS xəbər verir ki, bu barədə UTX-nin məlumat bazasından məlumat verilib. Qazmanov 2022-ci ilin martından axtarışa verilib. 2015-ci ildən rusiyalı müğənni və bəstəkar Ukraynanın "Mirotvorets" ekstremist saytının məlumat bazasında qeyd olunub.

Ukraynada Qazmanova qarşı onun ərazi bütövlüyünə qəsddə ittiham olunub və qiyabi həbs qətimkan tədbiri seçilib. UTX müntəzəm olaraq Rusiya hərbi, siyasi, mədəniyyət və ictimai xadimlərinə qarşı qiyabi ittihamlar irəli sürür.

Cavid