

21 İyul 17:51
Amerika Birləşmiş Ştatları 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib.
APA xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “UK Defence Journal” portalı öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bir neçə ədəd B61-12 tipli taktiki termonüvə aviabombası İngiltərənin şərqində yerləşən Saffolk qraflığındakı Leikenhit hərbi bazasına yerləşdirilib.
Qeyd olunur ki, bu bombalar ABŞ-ın Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən, Nyu-Meksiko ştatındakı Kirtlend aviabazasından gətirilib.