22 İyul 2025 12:37
1 988
Moldova Demokrat Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.
Bu barədə Moldova polisi məlumat yayıb.
“Bir müddət əvvəl İnterpolun Afinadakı (Yunanıstan) rəsmi kanalları vasitəsilə bizə məlumat verildi ki, Moldovanın iki vətəndaşı saxlanılıb. Onlardan biri Vladimir Plaxotnyukdur”, - açıqlamada deyilir.