İranda isti dalğası xəbərdarlığı: Dövlət müəssisələri bağlanıb Dünya

İranda isti dalğası xəbərdarlığı: Dövlət müəssisələri bağlanıb

İranda davam edən yüksək istilər səbəbilə enerji istehlakının artmaması üçün 23 iyulda, paytaxt Tehran daxil olmaqla bir çox əyalətdə dövlət qurumları tətildə olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu qərar enerji tələbatını azaltmaq və ölkənin enerji sistemini qorumaq məqsədilə verilib.

Tətillə bağlı 14 əyalət arasında Gilan, Fars, Mazandaran, Huzistan və Yezd kimi əyalətlər var. Tətil olmayan əyalətlərdə isə iş saatları 06:00-11:00 arasına dəyişdirilib. İran Meteorologiya İdarəsinin məlumatına görə, cənub və qərb bölgələrində temperatur 50 dərəcəyə çatıb, Tehranda isə istilik 40 dərəcə civarındadır.

Hökumət, vətəndaşlara məcburi olmadıqca evdən çıxmamalarını, günəşə birbaşa məruz qalmamalarını və elektrik istehlakını minimumda tutmalarını tövsiyə edib. Tahranda enerji istehlakının yüksək olması səbəbi ilə müxtəlif bölgələrdə gündəlik olaraq 2 saatlıq elektrik kəsintiləri tətbiq edilir.

Məryəm Quliyeva