Türkiyədə iyulda baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib Dünya

Türkiyədə iyulda baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib

Türkiyədə iyul ayında baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, 4–22 iyul 2025-ci il tarixləri arasında ölkədə 61 meşə yanğını qeydə alınıb. Hadisələrlə bağlı, ümumilikdə, 23 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər isə məhkəmə nəzarətində saxlanılıb.

Qeyd edək ki, iyul ayı ərzində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları vüsət alıb. Hazırda bəzi yerlərdə yeni yanğın ocaqları yaranıb, aidiyyəti qurumlar yanğınlarla mübarizə aparır.