Estoniyanın müdafiə naziri: Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib Dünya

Estoniyanın müdafiə naziri: Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib

“Rusiya ölkəmizlə sərhədin 20 kilometrliyində əlavə radioelektron mübarizə vasitələri yerləşdirib”.

APA-nın “err.ee” xəbər portalına istinadən məlumatına görə, bunu Estoniyanın daxili işlər naziri İqor Taro deyib.

Onun sözlərinə görə, haqqında bəhs olunan avadanlıqlar Leninqrad vilayətinin Kinqisepp şəhəri yaxınlığında cəmləşdirilib.

Nazir əlavə edib ki, həmin qurğular Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə aktiv şəkildə istifadə olunur və onun təsirləri yalnız hərbi sfera ilə məhdudlaşmır:

“Bu növ avadanlıqlar həm aviasiyada, həm də gəmiçilikdə istifadə olunan GPS naviqasiya sistemlərinin işinə ciddi maneələr yaradır. Ölkəmiz bu fəaliyyət növünü təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirir. Bu səbəbdən də NATO-dakı tərəfdaşlarımızla müzakirələr aparılacaq”.