
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Tailand və Kamboca arasında dünən başlayan gərgin döyüşlər ikinci gündür ki, davam edir.
Tailand ordusundan verilən açıqlamada Kamboca əsgərlərinin mülki yaşayış məntəqələri yaxınlığında çoxsaylı reaktiv yaylım atəşi sistemləri və ağır silahlardan istifadə etdiyi bildirilib. Döyüşlərin intensiv olduğu bölgələrdə yaşayan mülki şəxslərin təxliyyəsi sürətləndirilib.
Açıqlamada “Kamboca qüvvələri ağır silahlar, səhra topu və Rusiya istehsalı olan BM-21 raket sistemlərindən istifadə etməklə davamlı bombardman edir. Tailand qoşunları vəziyyətə uyğun lazımi cavab verir" deyə vurğulanıb.
Tailand Səhiyyə Nazirliyindən verilən son açıqlamada dünəndən bəri davam edən qarşıdurmalarda ölənlərin sayının 15-ə, yaralıların sayının isə 46-ya yüksəldiyi bildirilib.
Tailandın Daxili İşlər Nazirliyi də sərhəddəki 4 əyalətdə 100 mindən çox mülki vətəndaşın evlərindən təxliyə edildiyini açıqlayıb.