Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib Dünya

Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib

WP: Almaniya artıq Kiyevə üç Patriot hava hücumundan müdafiə sistemini təhvil verib və ABŞ ilə gələcək tədarükləri və öz hərbi anbarlarının bərpası barədə müzakirələr aparır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Patriot sistemlərindən əlavə, Vaşinqtonun Kiyevə silah tədarükü planı, Avropa ölkələri tərəfindən maliyyələşdirilən radar sistemləri, radioelektron mübarizə sistemləri, pilotsuz uçuş aparatlarının ələ keçirilməsi və artilleriya tədarüklərini də əhatə edə bilər.

Məryəm Quliyeva