

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Tailand və Kamboca liderləri ABŞ prezidenti Donald Trampla söhbət əsnasında atəşi dayandırmaq istəklərini deyiblər.
APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.
"Mən indicə Taylandın baş nazirinin səlahiyyətlərini icra edən şəxslə danışdım və çox yaxşı söhbət oldu. Tayland da Kamboca kimi dərhal atəşkəs və sülh istəyir. Mən bu mesajı indi Kambocanın baş nazirinə çatdıracağam", - o, yazıb.
Onun sözlərinə görə, Pnompen və Banqkok artıq dərhal görüşmək və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər.
Tramp onu həmçinin bildirib ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət razılaşmalarını müzakirə etməyə qayıtmaq imkanı veriləcək.