Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə qarşı həbs orderini ləğv edib Dünya

Fransa Kassasiya Məhkəməsi Bəşər Əsədə qarşı həbs orderini ləğv edib

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib.

APA xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məhkəmənin açıqlamasında vurğulanıb ki, dövlət başçısının toxunulmazlıq statusu dəyişdirilə bilməz və fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır.

Bununla belə, Kassasiya Məhkəməsinin sədri Kristof Sular qeyd edib ki, Əsəd artıq prezident postunu tutmadığı üçün ona qarşı yeni həbs orderləri çıxarıla bilər.

Qeyd edək ki, Kassasiya Məhkəməsi Fransada mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyasıdır.